Türkiyənin Artvin vilayətinin Hopa və Kamalpaşa rayonları arasındakı yolda uçqun baş verib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, yolda dayanan iki TIR-ın üzərinə qaya parçaları düşüb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Hadisə yerinə xilasedicilər göndərilib.
Artvin valisi Yılmaz Doruk açıqlamasında ölən şəxsin Azərbaycan vətəndaşı olduğunu deyib.
Onun sözlərinə görə, uçqun Gürcüstan yolunun üzərində baş verib, yağışlardan sonra qayalar qoparaq yola düşüb.
***
Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücünün şəxsiyyəti məlum olub.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu Feysbukda yazıb.
"Arvin vilayətində torpaq uçqunu zamanı həlak olan azərbaycanlı sürücünün şəxsiyyəti bəlli olub. 99 HY 188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimovdur", - o bildirib.
Səid İsaoğlu
Sitat.info