Sumqayıtda üç uşaq fiziki zorakılığa məruz qalıb - Polis hərəkətə keçib - VİDEO

21:09 1 İyul 2022

Sumqayıtda yaşayan üç uşaq günlərlə şiddətə məruz qalıblar.

SİTAT.İNFO-nun məlumatına görə, onlardan birinin 7, digərinin 9, ən böyüyünün isə 11 yaşı var.

Azyaşlı qızlar analarının qeyri-rəsmi münasibətdə yaşadığı Taleh adlı şəxs tərəfindən döyüldüklərini deyirlər.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Xəzər Xəbər"ə bildirib ki, şiddətə məruz qalan uşaqlar bir müddət xalasıgilə sığınıblar.

Onun sözlərinə görə, fiziki zorakılığa məruz qalan uşaqlar ağır psixoloji sarsıntı keçiriblər. Uşaqlar uzun müddət təhsildən də kənarda qalıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin "Qəsdən sağlamlığa yüngül zərər vurma" maddəsi ilə cinayət işi başlanıb.

Azyaşlılara yetirilən xəsarət dərəcəsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Uşaqlara xəsarət yetirməkdə şübhəli bilinən Taleh Mehdiyevin saxlanması istiqamətində tədbirlər görülür.



Xəbər xətti