Ötən gün saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Bolmart" supermarketində baş vermiş kütləvi zəhərlənmənin səbəbi məlum olub.
Sitat.info-nun əldə etdiyi məlumata görə, Səməd Vurğun küçəsi: 79 D ünvanında yerləşən supermarketin çoxsaylı əməkdaşı qidadan deyil, havadan zəhərlənib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikiliyə dünən vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin havalandırma sistemi ilə sovrulub və marketin salonuna ötürülüb. Nəticədə supermarketdə olan 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin supermarketin işçisi olan digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanaya aparılan şəxslərın adlarını təqdim edirik:
Rəmziyə Nağıyeva – 1976
Lalə Məlikova – 1985
Xəyalə Mürəliyeva – 1985
Güldəstə Kərimova – 1987
Çinarə Abakarova – 1993
Vüsalə Ağayeva - 1978
Natəvan Əliyeva - 1988
Pərvanə Baxışova – 1986
Aygün Bəşirova – 1987
Alim Cəbrayılov – 1989
Turanə Hüseynova – 1990
Fatimə Mahmudzadə - 1999
Fəridə Quliyeva - 2001
Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılıblar. (Qafqazinfo.az)