Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
“Sitat.info” xəbər verir ki, Leyla Qurbanova (53kq) finalda özbəkistanlı Aktenqe Keunimjayevaya 6:1 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.
İslam Bazarqanov (61 kq) isə özbəkistanlı Cahangirmirzə Turabovla final görüşündə xalların keyfiyyətinə görə (6:6) məğlub olaraq İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
***
Əsgər Məmmədəliyev tacikistanlı Cəmşid Şərifova 3:0 hesabıyla qalib gələrək İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazandı.