Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub.
Federasiyadan Demokrat.az-a verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) 3-cü yeri tutub.
Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçu bürünc mükafata layiq görülüb.
Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Azərbaycan boksçusu fəxri kürsünün üçüncü pilləsinə qalxıb.