UEFA “Qarabağ”ın kapitanını təbrik etdi - FOTO

18:10 29 Sentyabr 2022

UEFA Azərbaycan millisi və “Qarabağ”ın kapitanı Maksim Medvedevi doğum günü münasibətilə təbrik edib.

Oxu.Az-ın məlumatına görə, Avropa futbol qurumunun rəsmi “Twitter” səhifəsində bu gün 33 yaşı tamam olan müdafiəçinin fotosu paylaşılıb.

Paylaşımda təcrübəli oyunçunun peşəkar karyerası ərzində yalnız Ağdam klubunun formasını geyinməsi vurğulanıb.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir.



Xəbər xətti