UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib

18:09 3 Oktyabr 2022

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib. 

 "Report"un məlumatına görə, Avropa Liqasının rəsmi tviter səhifəsində "köhlən atlar"ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.  Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.  Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın son turunda "Azersun Arena"da "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.



Xəbər xətti