Dünya çempionatı: Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə başlayır

08:46 6 Oktyabr 2022

Azərbaycanın iki cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gələcək.

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.



Xəbər xətti