Avropa Liqası qrup mərhələsinin üçüncü turunun ən yaxşı qapıçı qurtarışları məlum olub.
“Sitat.info” xəbər verir ki, siyahıda “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevin “Olimpiakos”la oyundakı (3:0) seyvi də var.
Bu barədə UEFA Avropa Liqasının rəsmi tviter səhifəsində paylaşım edilib.
Siyahıda Şaahruddinlə yanaşı "Omoniya"dan Fabiano, AEK-dən Kenan Piriç və “Betis”dən Klaudio Bravo yer alıb.