Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

08:45 10 Oktyabr 2022

Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Çristian Parlati (İtaliya) / Aleksander Knauf (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.



Xəbər xətti