İngiltərənin “Brayton” klubunun futbolçusu Enok Mvepu karyerasını 24 yaşında bitirmək məcburiyyətində qalıb.
“Sitat.info” “The Sun”a istinadən xəbər verir ki, buna səbəb futbolçuya potensial ölümcül irsi ürək xəstəliyi diaqnozu qoyulması olub.
“Brayton”un baş məşqçisi Roberto De Zerbi məsələ haqda bunları deyib:
“Enok üçün üzr istəyirəm. O, həqiqətən də işləmək istədiyim oyunçu idi. Biz ona kömək etmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Mvepu 2021-ci ildə “Zalsburq”dan “Brayton”a keçmişdi.