“Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satıldı

18:43 11 Oktyabr 2022

 

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Olimpiakos” matçına 29 min bilet satılıb.

 

“Sitat.info” xəbər verir ki, bu Ağdam klubu rəsmi saytında məlumat yayıb.

Bildirilib ki, sabahdan etibarən son 2 min bilet satışda olacaq. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 29-38-ci sektorlarda olan biletləri onlayn deyil, yalnız kassalardan almaq olar.



Xəbər xətti