"Mançester Siti"nin futbolçusu Erlinq Haalandın müqaviləsindəki təzminat bəndinin məbləği məlum olub.
Sitatinfo əbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. 22 yaşlı hücumçunun müqaviləsində 2024-cü ilin yayında aktivləşəcək təzminat bəndi var. Yəni, digər klublar norveçli forvardı 2024-cü ilin yayından etibarən təzminat ödəyərək transfer edə bilərlər. Təzminatın məbləği isə 200 milyon avrodur. Lakin bu, Premyer Liqa klublarına aid deyil.
Qeyd edək ki, Haaland bu yay "Borussiya"dan (Dortmund) "Mançester Siti"yə keçib./qol.az