“Qarabağ”dan vacib oyunöncəsi maraqlı addım - Video

17:06 13 Oktyabr 2022

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində “Olimpiakos”a qarşı keçiriləcək oyundan öncə maraqlı addım atıb.

“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu Tofiq Bəhramov adına Respublika stadionunun girişində komandanın futbolçularının formalarının maketlərini yerləşdirib.

Qeyd edək ki, “Qarabağ”ın bu gün “Olimpiakos”a qarşı keçiriləcək Avropa Liqasının qrup oyunu məhz Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:45-də başlanacaq.



Xəbər xətti