Ronaldonun "Qızıl top"un səsverməsindəki yeri açıqlandı

22:33 17 Oktyabr 2022

Portuqaliya millisinin və "Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun "Qızıl top" üçün səsvermədə neçənci yeri tutduğu məlum olub.

Sitat.info xəbər verir ki,  mükafatın sosial səbəkələrdəki rəsmi səhifəsinə istinadən yaydığı xəbərə görə, 37 yaşlı oyunçu səsvermədə 20-ci olub.

 

Ətraflı

Ads by 

0

Reklamınızı SmartBee ilə effektiv edin.

 

Xatırladaq ki, Ronaldo bu mükafatı 5 dəfə - 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə qazanıb. 6 dəfə səsvermədə 2-ci (2007, 2009, 2011, 2012, 2015, 2018), 2019-cu ildə isə 3-cü yeri tutub.

"Qızıl  top"un builki mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 22:30-da başlayacaq./qol.az



Xəbər xətti