Artıq 1 ilə yaxın vaxtdır ki, Şahmat Federasiyasında guya yeni heyət çalışır, əslində isə elə əvvəlki adamlardır, sadəcə Elman Rüstəmov və köməkçisi kənarlaşıb. Bundan əlavə Federasiyanın yeni prezidenti Mahir Məmmədov avqust ayında FİDE-nin sonuncu konqresində özünü bu quruma vitse-prezident “secdirib” və ya təyin etdirib, nəticə etibarı ilə bu eyni şeydir. Seçkilərdə 1 Federasiya 1 səs deməkdir. Və bu səslərin hər birini 5-10 min ABŞ dollarına alırlar. Hələ 2015 ci ildə FİDE-nin o zamankı prezidenti Kirsan Ilyumjinova qarşı sanksiyalar tətbiq ediləndə M.Məmmədov 20 milyon avro müqabilində FİDE prezidenti olmaq istəyirdi . Bu barədə Futbol+ nəşrində məqalə də dərc olunmuşdu. Sonda isə vitse-prezidentliklə kifayətlənməli oldu. Hazırda Azərbaycanda şahmatın inkişafına xidmət edəcək pullar M.Məmmədovun şıltaqlığına xərclənir.
Yaxın günlərdə Federasiya Şuşada şou xarakterli dairəvi sistem üzrə turnir keçirdi. Bu turnirin təxmini büdcəsi 500 min manat olub. Eyni vəsaitlə 10-15 yaxşı acıq (open) turnir kecirmək olardı və yüzlərlə şahmatçı və həvəskarlar bundan yararlana bilərdi. Ancaq Mahir Məmmədovu və Faiq Həsənovu yalnız öz piarları maraqlandırır. Bu cür turnirlər yalnız piara və reklama xidmət edir. Turnirə Kanadadan, Latın Amerikasından, Afrikadan komandalar dəvət edildilər. Təkcə 1 nəfərin təyyarə bileti 2500-3000 manatdır. Bu yarışlarda əsas məqsəd adı çəkilən şəxslərin müxtəlif şahmat saytlarındaisə özlərinin təriflənməsindən ibarətdir.
Təkcə Kataloniyada il ərzində 30-a yaxın acıq turnir (open) keçirilir.Onuda qeyd etmək istərdim ki,Ispaniyada şahmat populyar İdman növü sayılmır. Türkiyə, Macarıstan, Portuqaliya, İspaniya, İtaliya, Avstriya, Fransa və s. kimi ölkələrdə onlarla açıq turnir keçirilir, lakin oralarda bir dənədə olsun israfçi (yüksək büdcəli) dairəvi sistem üzrə turnir keçirilmir. Çünki dairəvi turnirdən cəmi 10-12 iştırakçı yararlanır və bu turnirlərin genişşahmat kütləsinə faydası cüzidir. Acıq turnirdən isə yüzlərlə şahmatçı faydalanır. Əgər dairəvi “Elita” turnirləri faydalı olsaydı, bu sadaladığım ölkələr bu dairəvi turnirlərdən mütləq faydalanardı. Bizim şahmat Federasiyası isə bir dənə olsun acıq turnir (open) kecirmir. Son bir ildə cəmi 2 dəfə dairəvi sistemlə yüksək büdcəli “Elita” turniri keçiriblər. Ümumiyyətlə, bu tək mənim yox, bir coxlarının fikridir, dairəvi turnirlar öz dövrünu başa vurub. Bu 20-ci əsrin qalığıdır. İndiki dövrdə güclu şahmatcıların sayı coxdur, elita şahmatcıları isə ilk 100-lük və 200-lükdə yer alan şahmatçılarla oynadıqda sıxıntı yaşayırlar. Hətda dünya çempionu Maqnus Karlsen heç 300-lüyə düşməyən şahmatçını bəzən uda bilməyib. Başa düşmürəm, Federasiyaya ölkəmizin müxtəlif şəhərlərində il ərzinda 3-4 dəfə aciq turnir kecirtmək üçün mane olan nədir? Bundan həm də yüzlərlə şahmatçımız yararlana bilərdı.
Turnirlərdə oynamağa normal şahmat və saatlar da yoxdur. Federasiyanın keçirilən rəsmi turnirlərdə 30 il öncə oynanılan və istifadə müddəti coxdan bitmiş şahmat dəstlərindən istifadə edilməsindən məlumatı varmı?
M.Məmmədovun Gahangir Ağarəhimov soyadlı sağ əli var, Federasiyada hansı vəzifəni tutması da məlum deyil. Adam saxta yollarla qrossmeyster adını da alıb, bu adama M.Məmmədov tərəfindən o qədər səlahiyyət verilib ki, istədiyi özbaşınalığı edir, öz tanış və dostlarını komandaya üzv, Federasiyaya məşqçi təyin edir, özünün qondarma tələbələrini irəli çəkmək üçün istedadlı şahmatçılara süni maneələr yaradır.
Digər M.Məmmədovun himayəsində olan bir hakim isə son 2 ildə ondan cox mötəbər turnirdə hakimlik edib. Halbuki savadlı, qabliyyətli hakimlərimiz hətta bir turnira belə dəvət olunmur.
20 yaşlıların ölkə çempionatı isə naməlum səbəblərdən ümumiyyətlə keçirilmir. Federasiya isə istədikləri şahmatcını şəxsi maraqlar çərçivəsində dünya çempionatına göndərirlər. Liqa əvvəllər olduğu kimi indi də yoxdur. Rapid və blits çempionatı da keçirilmir.
Federasiya Belarusdan 72 yaşlı bir təqaüdçünü məşqçi kimi ölkəyə dəvət ediblər və ayda ona 10 min manat maaş verirlər. Şahmatçilar demək olar ki, hər dərsdə məşqçinin çox sayda səhvlərini tapırlar. Yeni məşqçinin göstərdiyi bütün variant və materiallar isə çox köhnədir.
Sonuncu 8 -18 yaşlıların Dünya çempionatında yeganə medalı (gümüş) 18 yaş qrupunda Ayan Allahverdiyeva qazanıb. Bu medaldan əlavə gənc şahmatcı müxtəlif yaş qruplarında 3 dəfə Avropa çempionu olub. Görəsən Federasiya bu şahmatçiya nə cür dəstək verib? Adam turnirlərə öz hesabına gedir. Bəzi turnirlara isə maddi çətinliklərə görə gedə bilmir. Necə olur heç bir faydası olmayan 72 yaşlı Belarus məşqçisinə astronomik maaş verməyə vəsait tapılır, amma istedadlı gənclərin beynəlxalq turnirlərə göndərilməsi üçün vəsait tapılmır? Görünən odur ki, Federasiyada uzun illər ərzində vitse prezident vəzifəsini tutan Faiq Həsənov tərəfindən bir çox titullu idmançıların başına gətirilən pis oyunlar indi də Ayan Allahverdiyevanın başına gətirilir.
Bir neçə gün əvvəl FİDE-nin prezidenti Arkadiy Dvorkoviç Azərbaycana rəsmi səfər edib. Mənim şübhəm var ki, yaxın zamanlarda yenədə yüksək büdcəli,israfçi və ölkə şahmatına faydası olmayan turnirlərin keçirilməsinin şahidi olacayıq. Artıq uzun illərdir ki, FİDE yüksək büdcəli turnirlari “sırımağa” Federasiyalar axtarır, çünki əksər federasiyalar bu tip turnirləri keçirməkdən qəti şəkildə imtina edir. Bu dəfə deyəsən artıq FİDE özünə lazım olanı artıq tapıb.
Son aldığım məlumata görə Azərbaycan Şahmat Federasiyası gələn il ölkədə Dunya kubokunu kecirməyə hazırlaşır. Şahmatçıları beynəlxalq yarışlara göndərməyə vəsait tapmayan Federasiyamız, bu yarışlar üçün növbəti 10 milyonu havaya sovuracaq.