Böyük Dəbilqə: Balabəy Ağayev bürünc medal qazanıb

17:34 21 Oktyabr 2022

Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqədə bürünc medal qazanıb.

Sitat.info-nun məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə yığmadakı komanda yoldaşı Turan Bayramova qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.



Xəbər xətti