Güləş üzrə dünya kuboku yarışının biletləri satışa çıxarıldı

16:26 22 Oktyabr 2022

Noyabrın 5-də Bakı İdman Sarayında start götürəcək yunan-Roma güləşi üzrə dünya kuboku yarışının biletləri satışa çıxarılıb.

Sitat.info Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk dəfə paytaxtımızda keçiriləcək yarışın biletlərini onlayn qaydada “iticket.az” saytından əldə etmək mümkündür.

Yarışın ilk günü üçün biletlərin qiyməti 3, ikinci günü üçün isə 5 manat təşkil edir. Biletlər 3 sessiya üzrə satılacaq.



Xəbər xətti