Azərbaycan Premyer Liqasının 11-ci turunda qeyri-adi hal baş verib. “Qafqazinfo” xəbər verir ki, “Səbail” və “Sumqayıt” arasında baş tutan matçın 90+4-cü dəqiqəsində gərgin anlar yaşanıb.
Belə ki, “Səbail” futbolçuları topu yan xəttdən oyuna daxil ediblər. Lakin hakim həmin vaxt ofsayd qərarı verib. Bayrağını qaldıran laysman isə Cavanşir Yusifov olub.
Qaydalara görə isə yan xətdən top oyuna daxil edilərkən oyundan kənar vəziyyət qeydə alına bilməz.
Qarşılaşmanı baş hakim olaraq isə İnqilab Məmmədov idarə edib. “Səbail” futbolçularının bir çoxu ona etiraz etsə də, vəziyyəti izah etməyə çalışsa da, Məmmədov fikrindən daşınmayıb və laysmanın qərarını təsdiqləyib.
Qeyd edək ki, İnqilab Məmmədov Premyer Liqanın 6-cı turunda keçirilən “Qarabağ” – “Sabah” oyununda da qalmaqallı qərarla yadda qalmışdı. Həmin vaxt da top yan xəttdən çıxmışdı və hakim yanlış tərəfin leyhinə qərar vermişdi.