Cüdoçularımız Sloveniyada 7 medal qazandı - Fotolar

22:40 24 Oktyabr 2022

22-23 oktyabrda Sloveniyanın Slovenc Qradek şəhərində sayca 46-cı Açıq Koroska 2022 turniri keçirilib.

“Sitat.info” Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki,  U-15 və U-18 yeniyetmələr arasında keçirilən beynəlxalq yarışda 22 ölkədən 602 idmançı medallar uğrunda mübarizə aparıb.

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanaraq qızlar arasında birinci, ümumi komanda hesabında isə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, idmançılarımız 24-26 oktyabr tarixlərində Sloveniyada təşkil olunacaq təlim-məşq prosesinə qatılacaqlar.

Medalçıların siyahısını təqdim edirik:

U-15

-48 kq.

Nuranə Hacızadə gümüş medal

-52 kq.

Vüsalə Hacıyeva qızıl medal

Aytən Verdiyeva gümüş medal

Aysun Məmmədova bürünc medal

U-18

-40 kq.

Məryəm Bayramzadə qızıl medal

-52 kq.

Aytən Verdiyeva qızıl medal

Vüsalə Hacıyeva gümüş medal

-57 kq.

Fidan Qasımova qızıl medal.

 





Xəbər xətti