"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

21:35 26 Oktyabr 2022

"Araz-Naxçıvan" futzal klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

Sitat.info-nun məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv V qrupdakı ilk sınağında İsveç "Erebru"su ilə qarşılaşıb. Bosniya və Herseqovinanın Mostar şəhərindəki "Mithad Hujdur Hujka Arena"da keçirilən görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan çempionundan qolları 26-cı dəqiqədə Vitinyo və 35-ci dəqiqədə Ramiz Çovdarov vurub.

Qrupun digər oyununda Serbiyanın "Loznika Qrad" klubu ilə Bosniya və Herseqovina "Mostar"ı üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Çempionlar Liqası

Əsas mərhələ, I tur

26 oktyabr

19:30. "Araz-Naxçıvan" (Azərbaycan) - "Erebru" (İsveç) - 2:5

Qollar: Vitinyo, 26. Ramiz Çovdarov, 35 - Diaş Alveş, 19; 37; 39. Rodriges, 24. Joze Adalberto, 26

Hakimlər: David Abtequya Urdanoz (İspaniya), Lukaş Peşko (Slovakiya), Yan Kresta (Çexiya)

Mostar, "Mithad Hujdur Hujka Arena"

Qeyd edək ki, Azərbaycan çempionu V qrupda növbəti oyununu oktyabrın 27-də "Loznika Qrad"a qarşı keçirəcək.



Xəbər xətti