UEFA "Qarabağ"ın oyununa xüsusi nümayəndə təyin etdi

01:39 27 Oktyabr 2022

UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah keçiriləcək “Nant” - “Qarabağ” oyununa təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin edib.

Sitat.info Qol.az-a istinadən xəbər verir ki, buna səbəb “Qarabağ” klubunun matçında baş verə biləcək mümkün erməni təxribatı ilə bağlı quruma müraciətidir.

Bu gün məsələ ilə əlaqədar iclas keçirilib. “Nant” tərəfi sabahkı oyunda heç bir təxribatın törədilməyəcəyi ilə bağlı zəmanət verib.

Qeyd edək ki, sabah "Stade de Bojuar" arenasında keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.



Xəbər xətti