Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna müharibəsindəki məqsədlərindən əl çəkməyib. Rusiya Federasiyası liderinin ritorikası sülh danışıqları ilə uyğun gəlmir.
Sitat.info xəbər verir ki, b barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun hesabatında deyilir.
Analitiklərin fikrincə, Putin MDB xüsusi xidmət orqanlarının nümayəndələri ilə görüşündə təbliğat xarakterli açıqlamalar verib.
“Putin bildirib ki, Ukrayna öz suverenliyini itirib və ABŞ Ukraynadan Rusiyaya, Rusiya və Belarus İttifaq Dövlətinə, KTMT və MDB-yə qarşı “zona” kimi istifadə edir, - mesajda deyilir.
Eyni zamanda, Rusiya Federasiyası prezidentinin bəyanatlarını Dövlət Dumasının sədri Vyaçeslav Volodin də dəstəkləyib.
O deyib ki, Ukrayna NATO tərəfindən işğal olunub və “ABŞ-ın müstəmləkəsinə çevrilib.
Ekspertlər bu cür bəyanatların bərabərhüquqlu danışıqlarla bir araya sığmadığını qeyd ediblər.
"Kreml hələ də Ukraynada hərbi qələbə qazanmağa və Kiyevdə hakimiyyət dəyişikliyinə can atır.
Bu da Ukraynanın Qərbdən uzaqlaşmasına təsir edəcək. Bu həm də onu göstərir ki, Putinin məqsədləri artıq ilhaq etməyə çalışdığı ərazidən kənara çıxır".
Nərgiz,
SİTAT.İNFO