“Qarabağ” “Nant”a qarşı - Yenilənir

23:09 27 Oktyabr 2022

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ” da növbəti matçına çıxacaq.

Qurban Qurbanovun komandası Fransada “Nant”ın qonağı olacaq.

Ağdam təmsilçisinə qrupdan çıxmağı rəsmiləşdirmək üçün heç-heçə də bəs edəcək.

Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Avropa Liqası
G qrupu, V tur
27 oktyabr

23:00. “Nant” (Fransa) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Yakob Kehlet (Danimarka)
“Beaujoire” stadionu

***

Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində üz-üzə gələcək “Nant” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

“Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxacaqlar.

Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Matç başladı.

 



Xəbər xətti