"Rusiyada yaşayanlar, bu ölkənin folkloru ilə tanış olanlar bilirlər ki, orada məhəllədə, binaların, blokların qarşısında oturub gəlib-gedənin arxasınca danışan, qeybətini qıran yaşlı nənələr orbazı var.. Bax dünən Putin Azərbaycan-Ermənistan münaqişəsi haqqında danışanda həmin o qoca qarılar kimi danışdı: Sözünün məğzi bu idi ki, ay ermənilər, siz Qərbə meyillənmisiz, Rusiyanı günahlandırırsız, amma görürsüz ABŞ Qarabağı Azərbaycanın suveren ərazisi sayır, sizin hökumət də Pelosinin, Qərbin ardınca düşür. Amma biz hələ də Qarabağın son vəziyyəti ilə bağlı qərar verməmişik, həmin bölgədə yaşayan erməni əhalisi üçün müxtəlif güzəştlərin olmasını məqbul sayırıq – siz, erməlilər və Ermənistan Qərbin arxasına düşüb getmək, bununla da Qarabağı birdəfəlik itirmək istəyirsinizsə, özünüz bilərsiz, əgər Qərbin seçirsinizsə, Qarabağı itirəcəksiz".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında REAL-ın icraçı katibi Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, PIutin bax belə qoca qarı kimi qeybət elədi: "İndi Azərbaycan tərəfi Rusiya XİN-nə məktub göndərərək Moskvanın Qarabağın Azərbaycan ərazisi olduğu ilə bağlı rəsmi və imzalanmış bəyanatını tələb etməlidir və deməlidir ki, əks halda Xankəndi və ətrafında yerləşən “rusməramlılar” 72 saata ərazini tərk etməlidirlər. Putin “stavkanı” qaldırır, elə ona görə də “oynamaq” lazımdır və yaxın günlərdə Türkiyə ilə Azərbaycan ərazisində bir neçə hərbi Tədris və Təlim Mərkəzlərinin (mütləq deyil ki, adını “baza” qoyasan) açılması ilə bağlı müqavilə imzalanmalıdır".
N.Cəfərlinin fikrincə, faktiki olaraq Putin iki planın olduğunu, Qərbin planında Qarabağın suveren Azərbaycan ərazisi, Rusiyanın planında isə bu məsələnin dondurulması yer aldığını elan etdi: " Vəziyyət qəlizləşir, tarixi diplomatik və hərbi “Çanaqqalamıza” hazır olmalıyıq".
Nərgiz,
SİTAT.İNFO