Rusiya prezidenti Putin Türkiyə və prezident Ərdoğan haqqında yüksək fikirlər səsləndirib. Prezident Ərdoğanın güclü lider olduğunu bildirən Putin, “Türkiyə bizim üçün etibarlı tərəfdaşdır” deyib. Rusiya lideri həmçinin bildirib ki, onun Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur.
Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada “Valday Club” beyin mərkəzinin təşkil etdiyi toplantıda çıxış edib.
O, prezident Ərdoğanın Ankara-Moskva xəttində öz maraqlarını müdafiə etdiyini bildirib və qeyd edib ki, Türkiyə və Ərdoğan bu mənada sadəcə tərəfdaş deyillər.
"Qərarların çoxu uzun və mürəkkəb olmayan danışıqlarda qəbul edilir. Hər iki tərəfin razılaşmaq arzusu var və biz razılığa gələ bilərik. Bu mənada Ərdoğan ardıcıl və etibarlı tərəfdaşdır. Bu, onun ən mühüm xüsusiyyətidir”, - deyə o bildirib.