Putin bütün oxları Paşinyanın üzərinə yönəltdi! - TƏHLİL

11:02 29 Oktyabr 2022

Bildiyiniz kimi Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunda çıxışı zamanı erməni politoloq Aleksandr İsgəndəryanın suallarını cavablandırarkən bunları deyib :

 O ki, qaldı hansı variantı seçməyə (sülhün “Vaşinqton”, yoxsa “Moskva variantı” – red.) – bu, erməni xalqının və Ermənistan hakimiyyətinin seçimidir. “Vaşinqton variantı”, başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir.  İstənilən halda hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.

Bəs görəsən, bu məsələni gündəmə gətirməkdə Putinin əsas istəyi nədir? 

 AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli Sitat.info-ya açıqlamasında Putinin bu sözlərini şərh edib.
 
Onun sözlərinə görə , Putin bu açıqlaması ilə bütün oxları Paşinyanın üzərinə yönəldib.

Putin bununla erməni xalqına mesaj vermək istəyir ki,  gündəmdə "Vaşinqton variantı" var və bilin ki "Vaşinqton variantı" Qarabağ üzərində Azərbaycanın suverenliyini nəzərdə tutur:

"Əgər erməni xalqı və müxalifəti vaxtında hərəkətə keçməzsə , bu variant reallaşacaq və buna görədə bizi günahlandırmayın . 

Putinin bu açıqlamalarından həm də narahatlıq və narazılıq hiss olunurdu . Çünki sülh müqaviləsinin bu variantda imzalanması Rusiyanın maraqları daxilində deyil. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını minimuma endirəcəkdir ki, buda rus sülhməramlılarının Qarabağdan , Rusiyanın 102-ci bazasının isə Gömrüdən çıxarılması ilə nəticələnə bilər . 

Çünki iki ölkə arasında sülh varsa, kənar hərbi birləşmələrin orada olmasının heç bir mənası qalmır .  

Bunu gözəl anlayan Putin çıxışının ardında isə erməni xalqına daha bir mesaj verərək bunları deyir:

"Əgər erməni xalqı və erməni rəhbərliyi hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və bu xüsusiyyətləri nəzərə almaq, gələcək sülh müqaviləsində müzakirə etmək lazımdır, bu da mümkündür. Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik". 

Putin bununla mesaj vermək istəyir ki, əgər siz Paşinyanı devirə bilsəniz və yaxud ona təziq edərək bu variantdan əl çəkməsinə nail olsanız Moskva variantında sizin istəkləriniz bizim tərəfdən nəzərə alınacaq .

Təsadufi deyil ki , bu bəynatdan sonra qondarma Artsax Milli Assambleyasının sədri Artur Tovmasyan bütün “Artsax” xalqını oktyabrın 30-da keçiriləcək mitinqə çağırıb və fikrimcə qışa qədər bu mitinqlərin sayı artan templə davam edəcək.  

Hər bir halda son açıqlamalardan da görünən o oldu ki , Azərbaycan dövləti üçün Vaşinqton variantı daha sərfəlidir və eyni zamanda bir daha əmin olduq ki , Rusiya bizim üçün etibar olunası müttəfiq deyil və istənilən an bizim maraqlarımızı satmaqa hazırdı".

Səid,

SİTAT.İNFO



Xəbər xətti