UEFA Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
Sitat.info-nun məlumatına görə, azarkeşlərin səsverməsinə əsasən, bu ada Fransa "Nant"ının hücumçusu Amin Quiri layiq görülüb.
22 yaşlı forvard Türkiyədə "Fənərbağça" ilə 3:3 hesablı heç-heçə etdikləri görüşdə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlcəzair əsilli fransalı forvard İspaniya "Real Sosyedad"ından Robert Navarro, Niderlandın PSV klubundan Lyuk De Yonq və Kiprin AEK (Larnaka) komandasından Omri Altmanı qabaqlayıb.