Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Əvvəlcə lider “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
Turun qapanış matçında isə “Sabah” “Qəbələ”ni qəbul edəcək.
Xatırladaq ki, daha öncə “Turan Tovuz” evdə “Sumqayıt”a (1:0), “Kəpəz” isə “Səbail”ə (3:0) qalib gəlib. “Neftçi” də “Zirə” ilə səfər matçında qələbə qazanan (3:0) tərəf olub.
Azərbaycan Premyer Liqası
XII tur
30 oktyabr
“Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov.
Şamaxı şəhər stadionu, 15:00.
“Sabah” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev.
Masazır. “Bank Respublika Arena”, 18:30.