Xeyriyyəçi iş adamı Mehmet Mutlu Türkiyədə uşaqları sevindirməyə davam edir: FOTOLAR

19:32 17 Oktyabr 2022

Türkiyədə Uşaq Oyunları və İdman Klubları Federasiyası tərəfidnən bir ilkə imza atılıb. Mardin və Hakkaridə uşaqlara çox gözəl gün yaşadılıb.

Sitat.info xəbər verir ki, xeyriyyəçi iş adamı Mehmet Mutlunun rəhbərlik etdiyi Federasiya unudulmaqda olan qədim küçə oyunlarını uşaqlara tanıtmaq üçün onları bir araya gətirib.

Uşaqlar çox sevincli və duyğusal anlar yaşayıblar.

Mehmet Mustlu bu layihənin Federasiya üçün bir fəxr olduğunu bildirib.  O, qeyd edib ki, uşaqların küçədə oynaması, qaynaşması, onlara məxsus bir ərazinin olması çox önəmlidir. "Uşaqların sevincinə şahid olduqca əslində necə gözəl bir iş həyata keçirdiyimizin də şahidi oluruq. Daha çox uşağa əlimizin çatması üçün bu yolda davam edəcəyik".

Nərgiz Liftiyeva,

SİTAT.İNFO




Xəbər xətti