"Paşinyan sadəcə olaraq ümidlərini dilə gətirir, Putin isə onun dediklərini etməyəcək" - RƏY

16:41 31 Oktyabr 2022

"Paşinyan Qərbdən bir yardım ala bilmədiyini görəndən sonra yenidən Putinin çətirinin altına girir. 

Paşinyanın Putinlə görüşündə etdiyi çıxışına baxsaq, hesab etmək olar ki, Paşinyan sadəcə olaraq ümidlərini dilə gətirir, Putin isə onun dediklərini etməyəcək".

Bu sözləri siyasi şərhçi Aqşin Kərimov Sitat.info-ya açıqlamasında deyib.

Onun fikrincə, Paşinyanın iki əsas tezisi var: "Bunlardan birincisi odur ki,  Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə antiterror əməliyyatları keçirib və geri çəkilməyib, Paşinyan deyir ki, Putin qoşunların əvvəlki mövqelərə qayıdışını üçtərəfli görüşdə müzakirə etməlidir.

İkincisi budur ki, Paşinyan eyni mövqeni Azərbaycan-Ermənistan sərhədinə münasibətdə də ifadə edir, deyir ki, Azərbaycan 2021-ci ilin may ayının 11-dəki sərhədlərinə qayıtmalıdır.

Təbii ki, bunlar mümkün deyil!".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti