Qarşıda bizi çox qanlı hadisələr gözləyir, müdafiə planları hazırlanmalıdır" - Müxalifət lideri HƏYƏCAN TƏBİLİ çaldı

18:03 31 Oktyabr 2022

"Necə ki, Rusiya Donetsk və Luqanskı müstəqil olaraq tanıyıb, eləcə də, bu yaxınlarda Ukrayna radası İçqeriyanın müstəqilliyini tanıyıb. 

Rusiya siyasi vəziyyəti bilərəkdən qarışdırır. Xankəndində baş verən mitinqlər, Ukraynaya qarşı müharibə və s.  Bu qarışıqlıqları eynilə Rusiyanın başına gətirmək lazımdır ki, başqa dövlətlərin ərazisində bu kimi siyasi oyunlar oynamağın nəticəsinin necə olduğunu bilsin". 

 Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

Onun sözlərinə görə,  Tatarıstan da,  Başqırdıstan və Dağıstan da müstəqil olaraq tanınmalıdır: "ABŞ dövlət departamenti yaxın günlərdə Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsinin həllində maraqlı olmadığına dair bəyanat vermişdi. Azərbaycanın Rusiyaya nota verməsi bunu sübut edir. 

Fikrimcə, təcili olaraq Rusiyanın Ermənistanda yaratdığı kimi Şuşada Türkiyə hərbi bazası yaradılmalıdır". 

S.Cəlaloğlu vurğuladı ki, Ermənistanın hərbi baxımdan güclənməsi gələcəkdə bizim üçün ciddi problem yaradacaq: " Qarşıda bizi çox qanlı hadisələr gözləyir. Bütün bunların qarşısının alınması üçün müdafiə planları hazırlanmalıdır. 

Rus, Belarus vətəndaşlarının Xankəndində nə işi var? Bu Azərbaycan qanunlarına tamamilə ziddir. Bütün bunların cavabı təcili olaraq verilməlidir".

Seymur, 

SİTAT.İNFO



Xəbər xətti