Hazırda günümüzün ən güclü silahı mediadır. Media dedikdə biz sadəcə kütləvi informasiya vasitələrini deyil, bizə məlumat verən hər bir predmeti nəzərdə tuturuq. Bura televiziya, radio, qəzet və jurnallarla yanaşı küçə sənəti, reklamlar, sosial şəbəkələr, məktublar, filmlər, musiqilər, rəsmlər və s. aiddir.
Savadlılıq isə ötürülən informasiyanı, mətni oxumaq, təhlil etmək, ondan müəyyən nəticə çıxartmaq qabiliyyətidir.
Media savadlılığı kommunikasiyanın bütün sahələrindən istifadə edərək hər gün rastlaşdığımız və müasir cəmiyyətdə böyük rol oynayan informasiyanı (səs, görüntü, mətn) əldə etmə qabiliyyəti, onun gücünü qiymətləndirmək, təhlil etmək, onunla düzgün davranmaq kimi anlaşılır.
Media savadlı şəxs medianın ona ötürdüyü informasiyanı düzgün şifrələyə bilir və ondan düzgün faydalanır.
Media savadlı olmaq üçün, şəxs tənqidi düşünməli, manipulyasiyalara aldanmamalı, özünə və ətrafına şüurlu bir şəkildə yanaşmalı, medianın ötürdüyü məzmuna şübhə ilə baxmalı, əldə etdiyi məlumatları etibarlı mənbədən almalı, məlumatda rəsmi mövqelərə, şahidlərin ifadələrinə diqqət etməli, hadisəyə mümkün qədər fərqli baxış bucaqlarından baxmalıdır.
Belə olduqda şəxs ona ötürülən mesajları düzgün başa düşəcək, saxta xəbəri düzgün xəbərdən ayırd edə biləcək.
Amerikalı yazar Mark Twain deyir: "Doğru ayaqqabılarını bağlayana qədər yalan dünyanı üç dəfə dolaşır"
Medianın cəmiyyətə təsirləri də olduqca əhəmiyyətlidir. Onun həm müsbət, həm də mənfi təsirləri var.
Müsbət təsirləri davranış və inanclarımıza, biznes maraqlarımıza, vətənpərvərlik hisslərimizə, duyğusal ehtiyaclarımızın ödənilməsinə, ünsiyyət və özünü inkişafa yönəltməsidir.
Mənfi təsirlərinə isə aqressiya və zorakılıq, vaxtın düzgün nizamlanmaması, kiber təhlükə, asosiallıq və s. göstərmək olar.
Yekun olaraq deyə bilərik ki, media savadlı şəxs heç bir məlumatı sual olmadan, sorğulanmadan qəbul edilməməlidir. Unutmayın, daha çox media savadlı olmaq, daha az dezinformasiyalara aldanmaq deməkdir.
Kənan
SİTAT.İNFO