Moskva istədi, İrəvan gündəmə gətirdi: Bakı qarşısını aldı!

12:57 1 Noyabr 2022

"Soçi görüşündə əsas məqamlardan biri də Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının mandatının genişləndirilməsi idi: Moskva bunu istəyirdi, İrəvan gündəmə gətirdi, Bakı qarşısını aldı".

Bu sözləri SİTAT.İNFO -ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. 

Onun sözlərinə görə, Putinin mətbuat konfransında dediklərindən çıxan nəticələr sülhməramlılar mövzusuna da aydınlıq gətirir:

"Birincisi, sülhməramlılar mövzusunda 10 noyabr razılaşmasına istinad qalır və bu o deməkdir ki, 2025-ci ildə Azərbaycan istəməsə, rus kontingenti Qarabağdan çıxacaq. İkincisi, Paşinyan sülhməramlıların qalma müddətinin uzadılmasını gündəmə gətirsə də, Əliyev buna imkan verməyib və Putin Bakının mövqeyi ilə razılaşıb". 

Politoloq vurğulyıb ki, üçüncüsü və daha önəmlidi delimitasiya həll edilsə və sülh müqaviləsi bağlansa, Qarabağ məsələsi kimi rus sülhməramlıların Azərbaycan ərazisindəki fəaliyyəti də bizim daxili işimizə çevriləcək: "Bu zaman kontingentin qalıb-qalmaması mövzusu Rusiya-Azərbaycan-Ermənistan yox, Rusiya və Azərbaycan mövzusu olacaq".

Məğrur,

SİTAT.İNFO



Xəbər xətti