"Paşinyan hakimiyyətə gələn zaman da ilk səfərini İrana etmişdi. Seçkidən sonra geniş nitqdə çıxış edəndə ən çox yeri İrana ayırmışdı. Hətta Rusiyadan çox İranın adını çəkmişdiki, Ermənistan İranla sıx əlaqələr qursun və tərəfdaşlığı gücləndirsin. Bu nitqdən sonra İrana məlum səfəri də oldu. Tehranda ermənilər qarşısında çıxış etdi və təxribatçı şüarlar səsləndirdi. Qarabağ Ermənistanındır şüarı qaldırıldı. İran buna qarşı da heç bir tədbir görmədi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistan baş naziri Nikol Paşinyanın İrana səfərini dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, indi növbəti səfərdə yenidən bu mövzular üzrə müzakirələr aparacaqlar: "İran da Rusiya kimi Ermənistan üzərində ağalığını gücləndirmək niyyətindədir. Yəqin ki, Paşinyana Azərbaycanla razılaşmağın düzgün olmadığını deyəcəklər. Qərbin əlində alət olmasın və dəhlizi açmasın. Bu kimi təlimatlar böyük ehtimalla qapalı görüşdə Paşinyana veriləcək. Və Paşinyanı arxayın etməyə çalışacaqlar ki, bizim dediymizi etsən Azərbaycan sənə heç nə edə bilməz. Guya ki, İran bunun qarşısını alacaq. Bunların qapalı görüş zaman söylənəcəyini zənn edirəm".
E.Şahinoğlu hesab edir ki, qapalı görüşdə Paşinyana vədlər veriləcəyi qaçınılmaz deyil: "Amma hal-hazırda İranın öz vəziyyəti acınacaqlıdır. Vədləri necə yerinə yetirə bilər ki...".
Səid İsaoğlu,
SİTAT.İNFO