"Azərbaycan tərəfi öncəliklə müşahidə apardı ki, oraya nə qədər erməni toplanacaq, bu kimin planıdır və burada əsas tezislər hansılardır. 50 mindən artıq ermənini ora yığan Vardanyan, Rokov və digərləri Rusiya ilə bağlantılı şəxslər idi. Soçi görüşü ərəfəsində Ermənistanla qondarma "artsax" rejimi arası dəydi, həm də son dərəcə qalmaqallı bir şəkildə".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, qondarma rejimin heç bir iddiası Soçidə müzakirə mövzusu olmadı: "Qondarma rejim açıqlama yaydı ki, Ermənistan tərəfi onlarla bağlı Azərbaycanla heç bir sənəd imzalaya bilməz, imzalasa da bu qeyri-legal hesab olunacaq. Əslində bunların baş verməsi müşahidə etmək çox vacib idi. Çünki, o aktorların gücünün müəyyən olunması, ikinci mərhələdə onları koordinasiya edən qüvvəyə onun öz tribunasından cavab vermək daha məqsədəuyğundur və elə də oldu.
Azərbaycan prezidenti görüşdə birmənalı olaraq dedi ki. nə Qarabağ müharibəsi, nə Qarabağ münaqişəsi var. Bunlar 2 il əvvəl həll olunub və bitib. Azərbaycan bunu Rusiyaya dedi. Paşinyanın sülhməramlıların daha bir müddət qalması ilə bağlı fikrinə də Azərbaycan tərəfi etiraz etdi və buna ciddi şəkildə ehtiyac olmadığını dedi".
Ə.Əlibəylinin fikrincə, Putin özü də Azərbaycan qarşısında israr edə bilməzdi ki, mütləq şəkildə sülhmərmamlılara mandat verilsin: " Onun dediyi məsələ delimitasiya və demarkasiya prosesinin öz həllini tapmasından sonrakı mərhələyə aid idi. Yəni, sülhməramlılar Qarabağdan çıxır və Ermənistan sərhədinə yerləşir. Bu Qərbin vasitəsiilə müxtəlif təsir qruplarını Ermənistana tökən Paşinyana cavab idi. Ən əsası odur ki, 50 min nəfər bu gün Rusiya və Ermənistandan soruşur: Bizi hansı məqsədlə bura yığmışdınız, bizim timsalımızda səslənən bəyanatlar niyə görüşə və yekun sənədə salınmadı? Necə olur ki, bizə söz verən, mövqe qoyan, bizi müdafiə etməli olan güclər bunu qəbul etdirə bilmədi və Azərbaycan prezidenti fikrini Putinə istədiyi formada, öz çətirinin altında ifadə edə bildi. Bu erməni tərəf üçün biabırçılıq idi. Ermənistandakı və "Artsax"dakı ermənilərin daxilində çox böyük qarşıdurma və parçalanmanın əsasını qoyan addım idi. Təbii ki, bundan sonrakı mərhələni Azərbaycanın həll etməsi çox rahat bir prosesdir".
Səid İsaoğlu,
SİTAT.İNFO