Ermənilər status istəyərkən Naxçıvanı misal çəkirlər: Bu nümunədən qurtulmalıyıq...

16:33 3 Noyabr 2022

"Mən bildiyimə görə 1992-1993-cü illərdə Naxçıvanın muxtar respublika statusunun ləğvi barədə müzakirələr getmişdi. Amma başqa hadisələr prosesi yarımçıq saxlamışdı. Mən düşünürəm ki, Azərbaycan Respublikasının Konstitusiyasında dövlət quruluşu kimi unitar dövlət kimi göstərilib. Yəni, biz unitar dövlətik, o baxımdan bizim tərkibimizdə muxtar respublikaların, federativ respublikaların olması uyğun deyil".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı son zamanlar gündəmdə olan Naxçıvanın muxtar respublika statusunun ləğvi məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, son zamanlar ermənilərin beynəlxalq aləmdə status məsələlərini gündəmə gətirməsi də tələb edir ki, Naxçıvan kimi nümunələrdən qurtulmalıyıq: "Naxçıvan nümunə göstərilməməlidir ki, Naxçıvan muxtar respublikası var və ona görə də Qarabağa hər hansısa status verilə bilər. O baxımdan düşünürəm ki, statusun ləğvi düşüncələri normaldır və mən də dəstəkliyirəm. Düzdür ki, bu Konstitusiyada təsdiq olunmuş bir statusdur deyə referendum keçirilməlidir və əgər belə bir təşəbbüs olarsa, biz bunu dəstəkləyərik".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti