Fuad Abbasov: "Rusiya, İran və Fransa kimi ermənipərəst dövlətlər birləşib..."

17:11 4 Noyabr 2022

"9 noyabr tarixinə çox az bir zaman qaldı. Qələbəmizin 2 illiyi ərəfəsində Rusiya, İran və Fransa kimi ermənipərəst dövlətlər birləşib Azərbaycana qarşı təxribat yaratmağa çalışırlar. Soçi görüşündən sonra İrana səfər, İranın müxtəlif erməni şəhərlərində konsulluq şöbəsi açması, ermənilər Təbriz şəhərində konsulluq şöbəsi açması niyyətləri - bütün bunlar hamısı Azərbaycanın qələbəsinə kölgə gətirmək, statusu yenidən gündəmə gətirmək və nəticə etibarı ilə 10 noyabr sazişinin nəticələrinin yenidən gözdən keçirmək kimi niyyətləri var".

Bu sözləri Sitat.info-ya açıqlamasında məşhur jurnalist, Misra TV-nin rəhbəri Fuad Abbasov deyib. 

Onun  sözlərinə görə, Soçi görüşünün nəticəsi olaraq hazırlanan  bəyanatdan 14-15-ci maddələr çıxarıldı: "O maddələrdə rus sülhməramlılarının Azərbaycanda 5-20 il arasında qalması tələb edilmişdi. Qarabağın qondarma statusu haqqında maddə var idi. 
Bunlar hamısı geri çevirildi. Amma Putin İlham Əliyevlə görüşün əvvəlində dedi ki, bu görüşə başlıca olaraq siz və Paşinyan tərəfindən təşəbbüs göstərilib. Yəni, özünü kənara çəkərək sizin işinizə qarışmıram deyərək vurğuladı. İlham Əliyev də Qarabağ məsələsini vurğuladı ki, biz gəlmişik, amma Qarabağ münaqişəsi 2 il öncə bitib. Amma ondan sonra müəyyən erməni əhalisinin Azərbaycan əhalisinə inteqrasiya prosesini müzakirə etməyə dəyər".

F.Abbasov vurğuladı ki, Valday məsələsi, ondan əvvəl Xankəndindəki mitinq hazırki şərtləri dəyişdirmək üçün keçirildi: "Meydana gəlmiş, rus sülhməramlılarının aktiv iştirakı ilə həyata keçirilmiş qondarma mitinqdə 10-15 minlik axını, 60 minlik bir axın kimi göstərirlər. Bütün bunlar hamısı Rusiyanın Azərbaycanın yaratmış olduğu reallığı dəyişmək cəhdləridir. Dəyişib-dəyişməyəcəyini isə Azərbaycanın aparmış olduğu xarici siyasət göstərəcək. Amma bu qələbənin 2 illiyinə az qalmış  sanki  rus, Ermənistan və İran cəbhə yaradaraq Azərbaycana, daha doğrusu bütün dünyaya meydan oxuyurlar. Mən rusların RBK kanalında canlı yayında olarkən eynən bu sözləri istifadə etdim: Ermənilər, ruslar və iranlılar birləşərək bütün çağdaş dünyaya meydan oxumağa çalışırlar. Amma Azərbaycanın onlara təklif etdiyi şərtləri qəbul etsələr, bir-birimizin torpaq bütünlüyünə və suverenliyinə hörmət etmək, münaqişəni yaradacaq səbəblərdən uzaq dayanmaq . O 5 şərti qəbul etsələr münaqişə bitir. Erməni o şərtləri qəbul etməmək üçün gah İrana qaçır, gah Moskvaya qaçır. İndi isə Brüsselə qaçacaq,  yenə də eyni məsələlər gündəmə gətiriləcək. Bundan əvvəlki, Praqa görüşündə Azərbaycanın ərazi bütünlüyünü təsdiqləmiş  erməni baş nazir, indi Moskva görüşündə müəyyən tezislər səsləndirir.  Hansı ki, Azərbaycanın ərazi bütövlüyünə zidd gedir. Bunların hamısının səbəbi Rusiyadır. Rusiya istəmir ki, Qarabağ məsələsini, yəni öz cənub sərhədlərindəki konflikti  Brüsselə, Praqaya və ya hansısa bir şəhərə buraxsın".

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti