"Sülhməramlılara 48 saat veririk ki, erməni silahlılarını çıxarın, əks halda..." - KƏSKİN MÖVQE

13:31 10 Noyabr 2022

"Qarabağdakı separatçı qüvvələri təzmizləmək üçün iki yol var: Hərbi-hüquq mühafizə yolu var, bir də daxili siyasətə uyğun ritorik davranışlar var. Azərbaycan tərəfinin əlində olan texniki imkanlar həddindən artıq yüksəkdir. Sputniklərimiz, dronlarlarımız var. Qarabağda nə baş verirsə, hamısını görürük. Məsələn,  Rusiya sülhməramlılarına deyirik ki, Xocalı ətrafında erməni silahlı birləşmələri var. 48 saat vaxt veririk sizə, onları tərkislah edin, bizə göstərin və çıxardın. Çıxartmırsınızsa, bizim öz ərazimizdə anti-terror əməliyyatı aparmaq hüququmuz var. Bu doğru olan yoldur”.

Bu sözləri “Real” partiyasının icraçı katibi Natiq Cəfərli Sitat.info-ya bildirib.

N.Cəfərli qeyd edib ki, ermənilərin məqsədinin sülh olmadığını sübuta yetirməliyik: “Digər yol - sülhməramlılara deyirik ki, 10 noyabr bəyənnaməsinə görə Azərbaycan və erməni icmasının nümayəndələri Dağlıq Qarabağ bölgəsinə BMT-nin qaçqın və məcburi köçkünlər idarəsinin nəzarəti və iştirakı ilə paralel qaytarılmalıdır. Bunu imzalamışıq. Xocalı boşdur? niyə biz qayıtmayaq ki, Xocalı əsl türk şəhəri olub. Başqa bölgələrdə ermənilər yaşayıb, amma Xocalı əsl türk şəhəri olub. Yolu açın, biz gedək Xocalıya və oranı bərpa edək. Bunların məqsədinin sülh olmadığını sübut etmək lazımdır. Biz mədəni sivil dünya qaydalarına uyğun olaraq sizinlə danışırıq. İmzalamısınız və bu imzaya hörmət edirsinizsə Xocalıya yol açın gedək ora. Bunlara qarşı aqressiv olmaq lazımdır. Ruslar erməniləri çıxartmadığı halda anti-terror əməliyyatı keçirmək lazımdır”.

Səid İsaoğlu,

Sitat.info



Xəbər xətti