“Vəziyyət ürəkaçan deyil. Biz bir-birimizə gözaydınlığı verib, iki illik zəfərimizi qeyd etsək də, qarşıda Azərbaycan dövlətini, Silahlı Qüvvələrimzi, ordumzu çox ağır bir dönəm gözləyir".
Bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Sitat.info-ya açıqlamasında bildirib.
O, vurğulayıb ki, bu ağır dönəmə hazır olmalıyıq: " Buna görə də şəhidlərimiz, yaralılarımız olacaq. Bu itkilərimizin olmaması üçün təsirli və qabqalayıcı addımlar atmalıyıq. Laçın yolunu dərhal bağlamalıyıq".
Hərbi ekspertin sözlərinə görə, hər keçən gün separatçılar silah gətirir: " Tank əlehinə mərmilər, artilleriya qurğuları və sairə döyüş silahları daşınır. Artıq hərəkətə keçməliyik. Son günlər ermənilər bir neçə istiqamətdən yaşayış məntəqələrini atəşə tuturlar".
Məğrur,
Sitat.info