Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfəri öncəsi Esenboğa hava limanında mətbuat konfransı keçirib.
Sitat.info xəbər verir ki, çıxışında bir sıra məsələlərə toxunan Türkiyə prezidenti Ermənistana da ciddi mesajlar verib.
Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi ilə bağlı suala prezident Ərdoğan İrəvana, “Azərbaycanla müsbət münasibətlərinizi davam etdirsəniz, Ermənistanla da münasibətlərimiz müsbət istiqamətdə inkişaf edəcək. Bunu sizdən gözləyirik"- deyə səslənib.
Ərdoğan deyib ki, biz bunu həm dar çərçivədə, həm də nümayəndə heyətləri arasında onlara aydın və birmənalı şəkildə bildirdik: " Hələ ki, bu mərhələyə çatdığını deyə bilmərəm. Çünki həm Fransada, həm də Amerikada diasporlar davamlı olaraq bu işin əleyhinmə çalışırlar. Onların bu işi prosesə mənfi təsir göstərir. Bu diasporların fəaliyyətini kim müsbət istiqamətə çevirəcək? Təbii ki, bunu Ermənistan hökuməti etməlidir. Əgər buna nail ola bilsələr, bizim perspektivimiz də müsbət istiqamətdə dəyişəcək. Bu baxımdan düşmən yaratmağa yox, dost qazanmağa çalışırıq. Təmənnimiz budur ki, Ermənistan rəhbərliyi buna nail olsa, həm Laçın, həm də Zəngəzurla bağlı Azərbaycanla birlikdə atacağı addımlara, eləcə də bizim atacağımız addımlara müsbət təsir göstərəcək”.
Nərgiz,
SİTAT.İNFO