“Azərbaycan prezidenti deyib ki, sözümüz imzamızdır. Doğrudan da ölkə başçısı bu vaxta qədər nəyi deyibsə, onlar da icra olunub. Ancaq nə vaxt, necə, hansı zaman kəsiyində, hansı forma və üsullarla... Mən düşünürəm ki, siyasət özü elə bu deməkdir ki, hansı addımınızı nə zaman və necə atacaqsınız ki, ən doğru olsun".
Bu fikirləri Sitat.info-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, bu qədər mürəkkəb, bu qədər çətin prosseslərin içərisində yalnış bir addım bizim əlehimizə işləyə bilər: "Prezident Şuşada Zəfər günündə etdiyi çıxışında üstüörütülü şəkildə Ruben Vardanyanla, İranla və sülhməramlılarla bağlı öz mövqeyini qəti şəkildə bildirdi. Biz bir neçə əmliyyat keçirdik. Sülhməramlıların arxasında gizlənərək, Azərbaycan əsgərini şəhid edən separatçı ilə bağlı Azərbaycan əməliyyat keçirdi. Və biz buna ad qoymağa çətinlik çəkirdi ki, necə deyək ki, bir qədər diplomatik olsun. Biz bunu fikirləşərkən, ölkə başçısı onu “Qisas” əməliyyatı adlandırdı! Qisas” əməliyyatında sonra “Buzluq dağı” və “Fərrux” istiqamətində irəliləyişlər oldu".
Deputat hesab edir ki, bu əməliyyatlar Qarabağdakı separatçılara və erməni hökumətinə dərs oldu: " Görürsünüz ki, indi sülhməramlılıların arxasından bizə atəş açılmır. Özlərini yığışdırdılar. Ona görə də, vaxtı çatanda bu addımların hamısı atılacaq”.
Məğrur,
Sitat.info