“Ölkənin daxilində çox mühüm addımlar atılmalıdır. Birinci ən mühüm məsələ idarə olunmayan bahalaşma ilə bağlıdır. Bu bahalaşmanın qarşısının alınması üçün dövlətin ciddi şəkildə institutsional, siyasi və hüquqi müdaxiləsinə ehtiyac var. Dövlətin bu məsələni ciddi şəkildə nəzarətə götürməsi vacibdir. Əks halda bahalaşma trend halını alacaq”.
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib.
Partiya sədri ölkədə o cümlədən böyük amnistiyaya ehtiyac olduğunu deyib: “İkincisi bizim milli həmrəylik və milli birlik dediyimiz məsələ birinci növbədə siyasi münasibətlərdə özünü göstərməlidir. Azərbaycanda indiki məqamda böyük amnistiyaya ehtiyac var. Bizim siyasi məhbus problemi hesab etdiyimiz, bizi sevməyənlər tərəfindən bizə qarşı istifadə olunan bu məsələ tamamailə sıfırlanmalıdır”.
Məğrur,
Sitat.info