"Laçın dəhlizinin bağlanması artıq zərurətə çevirilib" - Hərbi ekspert

12:47 11 Noyabr 2022

“Paşinyan verdiyi öhdəliklərdən boyun qaçırdı. Laçın dəhlizinin bağlanması ehtimalı olduqca yüksəkdir”.

"Laçın dəhlizinin bağlanması, Azərbaycan üçün artıq bir zərurətə çevirilib. Çünki məğlub tərəf olan Ermənistan üzərinə düşən öhdəlikləri icra etmir, o cümlədən Naxçıvanla iki tərəfli maneəsiz əlaqəmizi təmin edəcək yolun açılması barədə heç bir müsbət addımlar atmayıb".

Bu sözləri Sitat.info-ya  açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Paşinyanın verdiyi bəyənatlardan belə məlum olub ki, Ermənistan  bu bəyanatdan, imzaladığı bu öhdəlikdən imtina etmək niyyətindədir: "Ona görə də, Azərbaycan tərəfi ən azından Laçın dəhlizini bağlamaq deyil, ora nəzarəti öz əlinə ala bilər və yaxud da həmin dəhlizə nəzarəti Rusiya və Türkiyə birgə monitoriq mərkəzinə həvalə edə bilər".   

 Ə. Verdiyev vurğulayıb ki, yalnız bundan sonra Ermənistan tərəfinin Rusiya sülhməramllılarının yardımı ilə Qarabağı silahlandırmasının və bu dəhlizin təyinatına uyğun olmayan məqsədlər üçün istifadəsinin qarşısı alına bilər.

Gülsüm Hacızadə,

Sitat.info



Xəbər xətti