“Biz beynəlxalq hüquqa dayanan tələblərimizi Rusiyanın qarşısına qoysaq, geri çəkilməyə məcbur qalacaqlar. Biz meydanda tək deyilik. Burada tam olmasa da, müəyyən dərəcədə Qərb də yanımızdadır. Türkiyə, Qərb, Böyük Britaniya yanımızdadır, İsrail yanımızdadır. Azərbaycanın öz ərazi bütövlüyünü güzəştə getmək söhbəti yoxdur. Bizim zəif vaxtımızda belə bu söhbət olmayıb”.
Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib.
Ekspet qeyd edib ki, Rusiya vaxt uzadaraq təxribatlar hazırlayır: “Rusiyaya demək lazımdır ki, vaxt uzatmaqla təxribatlara şərait yaratmaq lazım deyil. Bölgədə sülh yaratmaq əvəzinə, təxribatlara yol açan planlar hazırlayırlar. Xankəndidəki mitinqi Rusiya təşkil eləmişdi, hətta 17 avtobus adam gətirmişdilər. Öz aləmlərində 31 oktyabr Soçi görüşü öncəsi bizə əzələ nümayiş etdirdilər".
İ.İsmayıl hesab edir ki, Rusiyanın tapşırığı olmasaydı, keçmiş nazir Vardanyan orada 50 minlik mitinq təşkil edəcəkləri ilə bağlı fikir söyləyə bilməzdi: "Bir sözlə, bölgədə sülhün yaranmamasında maraqlıdırlar. Bunun üçün əllərindən gələni edirlər".
Məğrur,
Sitat.info