İran səmimi deyil: "Vasitəçi ola bilməz"

11:02 15 Noyabr 2022

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenanı açıqlama verib. O,  bildirib ki, İran Ermənistanla Azərbaycan arasında vasitəçiliyə  hazırdır  və ölkəsinin siyasəti mehriban qonşuluğa əsaslanır:
“İran  daim Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qorunmasını ,  münaqişənin hüquq və beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllini vurğulayır. Buna görə də İran Azərbaycan ərazilərinin işğalını pisləyib və onların azad edilməsinə ən yüksək səviyyədə dəstək verib”, - deyə Kənani bildirib.                                                 
   Azərbaycanla sərhəddə təlim keçən İran nə qədər səmimidir? Axı 44 günlük müharibədə iran Ermənistanı bütün imkanları ilə dəstəkləyirdi. Elə isə indi İrandan səmimilik, xoş niyyət gözləmək olarmı?
Bu haqda  Sitat.info-ya danışan siyasi şərhçi Tural İsmayılov bildirib ki, İran daim Azərbaycan əleyhinə öz failiyyəti ilə seçilib.

O qeyd edib ki, 30 illik müstəqillik dövrümüzdə İran bir dəfə də olsun Azərbaycan torpaqlarının işğalı faktoruna,Azərbaycan abidələrinin ayrıseçkiliyə məruz qalmasına, ermənilərin xalqımıza,dövlətimizə qarşı həyata keçirilən soyqırım faktlarına səs çıxarmayıb: "Bütün bunlara  baxmayaraq, bu gün İran Qafanda konsulluq açır, Ermənistanı özünə qardaş hesab edir və Azərbaycan Türkiyə əleyhinə informasiya faliyyətini davam etdirir". 

T. İsmayılovun sözlərinə görə,  İranın bunları etməsinin bir neçə tarixi səbəbi var: “İran regional gücdən qlobal gücə çevrilmiş Azərbaycan faktorunu qəbul edə bilmir, eyni zamanda cənub qonşumuz  daxilində yaşayan 40 milyona yaxın Azərbaycan faktorundan da güclü narahatlıq keçirir. İran azərbaycanlıların hüquqlarını tapdalamaqla və Cənubi Azərbaycanda insanların ana dili hüquqlarına hörmət etməməklə öz mövqeyini  bir daha önə qoymuş sayılır. İranın  Azərbaycan və Ermənistan  arasında hansısa vasitəçilik etmək ehtimalları o qədər də, real görünmür, çünki İranın həm beynəlxaq nüfuzu yüksək deyil, həm də,İ ran ədalətli mövqe tuta bilməz”. 

Ekspert, həmçinin bidirib ki, 44 günlük Vətən Müharibəsində Ermənistana dəstək göstərdiyinə görə İranın bu bəyanatını səmimi qəbul etmək olmaz.


Şahanə Tağızadə,

BDU jurnalistika fakultəsinin tələbəsi

SİTAT.İNFO



Xəbər xətti