Təxminən 2 həftədir Twitter sosial şəbəkəsinin yeni sahibi olan məşhur iş adamı İlon Mask göndərdiyi ilk mesajda işçilərinə xəbərdarlıq edib. Mask, "çətin zamanlara hazır olmaları" üçün göndərdiyi elektron məktubda, pandemiya dövründə tətbiq olunmağa başlayan onlayn iş prosesinin şirkət üçün sona çatdığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Tesla və SpaceX-in baş direktoru, məşhur milyarder iş adamı İlon Mask bu yaxınlarda rəsmi olaraq Twitter-i 44 milyard dollara satın alıb.
Satınalma tamamlandıqdan sonra sosial şəbəkədə və şirkətdə hansı dəyişikliklərin olacağı maraqla qarşılanıb. İşdən çıxarılma və uzaqlaşdırılma müzakirələrinin artdığı bu dövrdə Musk Twitter işçilərinə xəbərdarlıq mesajı göndərib.
Rəhbərliyi təhvil aldıqdan sonra işçilərə göndərdiyi ilk mesajda Mask Covid-19 pandemiyası dövründə evdən işləməyə son verəcəyini və işçilərin ofisə gəlməsini söyləyib və iş qrafikinin həftədə 40 saat olacağını qeyd edib.
Digər tərəfdən, o, uzaqdan iş sorğularını təsdiq edəcək yeganə şəxs olduğunu vurğulayıb.
Çərşənbə günü gecə göndərilən mesajda Musk işçilərini "qarşıdakı çətin vaxtlara hazırlaşmağa" çağırıb.
Züleyxa,
SİTAT.İNFO