“İstanbuldan sonra Özbəkistanda da keçirilən türk dövlətlərinin ll-Zirvə Toplantısı diqqətçəkicidir. Aydın görünür ki, Türk Dövlətləri Təşkilatı dünyanın yeni iqtisadı, siyasi və mədəni güc mərkəzlərindən biri formalaşmaq yolunu seçib.Bu
təşkilat formalaşmanın müəyyən mərhələlərini artıq adlayıb və getdikcə bu möhtəşəm birlik həm möhkəmlənməkdə, həm də sıralarına yeni üzvlər qəbul etməkdədir.”
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bu gün Türk dövlətləri birliyinin daxilində Macarıstanı, Türkmənistanı görsək də, gələcəkdə burada Rusiyada yaşayan türk toplumlarının digərlərini, məsələn Tatarıstanı və başqa türk dilli qövmləri də görmək imkanımız ola bilər: "Lakin bu gün hələ ki, formalaşmanın əsas istiqamətləri iqtisadi istiqamətlərdir. iicari istiqamətlər və dövlətlərarası mədəni əlaqələrin genişləndirilməsi, bir sözlə ümumtürk dilinin, mənəviyyatının və mədəniyyətinin formalaşması prosesi getməkdədir. Bu proseslərin formalaşdırılması yollarının magstral istiqamətləri müəyyənləşdirilməyə çalışır. Burada hər bir dövlətin bu qaydada verə biləcəyi xidmətdən söhbət açılır. Belə güman etmək olar ki, atılan addımlar düzgün istiqamətdədir və bu təşkiların gələcəyinə inanmaq olar".
Q. Hüseynli qeyd edib ki, Birliyin əleyhinə olan dövlətlər də vardır: "Buraya İranı, Rusiyanı daxil edə bilərik. Avropa ölkələrində bu proseslərə diqqət yetirsələr də, hələ ki proseslərə müsbət münasibət görülmür. Bəzi hallarda məsələn Fransanın timsalında neqativ münasibətlər təzahür etməkdədir. Sözsüz ki, dünya rəqabət meydanıdır. Bu rəqabət meydanına yeni bir güclü rəqibin peyda olmasının çoxları istəməz, bəziləri bunu istəməzlik şəklində biruzə versələr də, bəziləri düşmənçiliklə, çox vəhşi bir qısqanclıqla qarşılayırlar".
Gülsüm Hacızadə,
SİTAT.İNFO