Ukrayna-Rusiya müharibəsi 9-cu ayına qədəm qoyur - Kamran Məmmədlinin təhlili

14:30 15 Noyabr 2022

Ukrayna-Rusiya müharibəsinin başlamasından artıq səkkiz ay keçib və doqquzuncu ayına qədəm qoyur . 

Çox təəssüf ki, bu aylar bizlər üçün insan itkiləri, köç axını və dünyanı bürüyən enerji böhranı ilə yadda qaldı . 

Müharibənin ilk həftələri  geniş ajiotaj yaratsada , növbəti aylar artıq hamımız üçün adiləşdi. Müharibə xəbərləri bizlər üçün sıradan bir gündəlik informasiyaya çevrildi  . 

Bundan öncə müharibənin altıncı ayında bu münaqişənin dünyaya təsirləri  haqda bu yazımda (https://sitat.info/news/10662/rusiya-ukrayna-muharibesi-ile-bagli-butun-proqnozlar-iflasa-ugradi-kimin-qalib-olacagi) danışmışdım amma bu dəfə olmuşlar haqda deyil, olacaqlar haqda fikrimi bildirmək istəyirəm . 

Hazırda müharibə elə bir mərhələyə gəlib çatıb ki , vəziyyət hər iki tərəf üçün çıxılmazdır . Dialoqun və sülhün hansı şərtlər əsasında olacağını proqnozlaşdırmaq çox çətindir ! 

Müharibəyə başlamaq nəgədər çətin olsada, müharibəni bitirməkdə bir o qədər çətindi . 

Rusiyanın eyforiyaya qapılaraq tələm tələsik Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində Referendum keçirməsi, həmən bölgələri özlərinə birləşdirməsi Putinin ən böyük səhvlərindən biri oldu . 

Çünki müharibənin qarşılıqlı dialoq və masa arxasında yekünlaşması üçün hər iki tərəfin müəyyən tavizlər verməsi, güzəştlərə açıq olmasını gərəkdirir  . 

Ancaq Putin referendum keçirərək dialoq masasında qurban verilməsi ehtimal olunan ərazilərində üstündən xətt çəkdi ! Masaya heçnə saxlamadı ! Bu addımı ilə özü özünü çıxılmaz vəziyyətə saldı .

Putinin heç ağlına belə gəlməzdi ki , bu referendumdan heç iki ay keçməmiş həmən dörd vilayətdən artıq biri yenidən Ukraynanın nəzarətinə keçəcək . 

Xerson azad edildi və dünən Ukrayna lideri Xersonda poz verərkən, Rusiyada Putinin daxili imici yerlə yeksan olundu  . 

Xersondan çəkilmək Rusiyanın planlarına daxil deyil idi və onlar müasir NATO silahları ilə təchiz olunmuş Ukrayna ordusundan belə müqavimət gözləmirdi .

Xersondan rusların çəkilməsini Putinin sözcüsü Dmitri Peskov hüznlə “Xerson hələdə Rusiya Federasiyasının ərazisidir” kimi bir cümlə ilə şərh etdi . 

Bəli , cənab Peskov! Artıq sizə görə əzəmətli və böyük Rusiya imperiyasının ərazisi işğaldadır ! Bundan böyük nə rəzalət ? Bunu referendum keçirməkdən öncə düşünmək lazım idi !

O ki qaldı Ukraynaya , onların hazırda mənəvi üstünlük qazandıqlarını düşünürəm . Ukrayna ordusunun əhval ruhiyəsi yüksək , ruslar isə yorğundur .

Təsadufi deyil ki, son günlərdə dialoq söhbətlərini yayanda əsasən Rusiya mediası və rus yetkililəridir . 

Çünki yuxarıdada qeyd etdiyim ki , Rusiyanın bunda sonra taviz verməyə heçnəyi qalmayıb .Dörd vilayətdən birini hərb meydanında itirən Rusiyanın , ikinci vilayətidə masada güzəşt etməsi Rusiyanın məğlubiyyəti kimi sayılacaq . 

Bu səbəbdən Rusiyanın indiki məqamda əsl istəyi dialoq və danışıqlıqlar masasına gedərək vaxt udmaqdır . Rusiya Sülh yox, Vaxt istəyir !

Rusiya özünü bərpa etmək üçün fasiləyə ehtiyac duyur . Rusiya soyuq qışa qədər hal hazırda tutduğu əraziləri qorumaq istəyir ancaq Rusiya qətiyyən zədələnmiş imicini dahada zədələmə bahasına əldə olunacaq sülhü istəmir . Rusiya bu müharibədən öz əzəmətli və güclü imicini qoruyaraq çıxmaq istəyir !

Ancaq indiki məqamda , heç Ukraynanın özüdə dialoq tərəfdarı deyil .

 Ukrayna ordusu artıq qələbə qoxusunu hiss edib və fikrimcə hücumlarını dahada artıracaq . 

Ukraynanın müvəqqəti dialoqa getməsi onların əleyhinə olan amildir ki, bununda etməsini düşünmürəm .
Çünki Zelenski yaxşı bilir ki, onların dialoq üçün qoyduğu şərtləri Rusiyanın qəbul etməsi hal hazırda imkansızdır! 

Fikrimcə bu gedişat onu göstərir ki, bu ilin sonunadək heç bir ciddi dialoqdan və sülhdən söz gedə bilməz və çox təəssüf ki , bu qanlı müharibə 2023-ci ildədə davam edəcək . 

Eyni zamanda unutmayaq ki , bu müharibə fitilini alovlandıranlar, heçdə qısa müddətdə onun bitməsini istəmir!

ABŞ -ın Lend-Liz qanunun hələ bir ay əvvəl güvvəyə minməsi və dialoqlar haqda söhbətlərin yenidən gündəmə gəldiyi bir vaxtda NATO-nun baş katibi Stoltenberqin "danışıqlar masası arxasında bir çox müharibələrə son verilib, lakin bu, o hal deyil" kimi açıqlamaları bir daha hər birimizi düşündürməlidir .

Sanki kimlərsə dünyanın xaos halında qalmasını istəyir ...

Sonda isə ümüd edirik ki, müharibənin bir illiyində yazacağımız növbəti yazımız daha müsbət və ümid verici olar və tezliklə dünyanı bürüyən bu xaos yekunlaşar !

AĞ Partiya Mərkəzi Aparatının sədri ,

Kamran Məmmədli



Xəbər xətti