"Azərbaycanda gəlir deklorasiyası ilə bağlı qanun var, sadəcə qaydalar təsdiqlənməyib. Azərbaycan Nazirlər Kabineti 20 ildir ki, bu qaydaları təsdiqləmir. Bunun səbəbi odur ki, gəlir deklorasiyası ilk növbədə mülkiyyət hüququnun təmin olunması üçün əsas yaradır. Məmurlar əgər gəlirlərini, öz adlarına, ailə üzvlərinin adına olan daşınan və daşınmaz əmlakla bağlı məlumatları bəyan edirlərsə bunun mənbəyi haqqında da məlumat verməlidirlər".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O vurğulayıb ki, bizdə məmurların rəsmi maaşları çox aşağı, qeyri-rəsmi gəlirləri isə çoxdur: "Nazirlər, icra başçıları belə rəsmi olaraq çox aşağı maaş alırlar. Onların rəsmi gəlirləri çox azdır, amma yaşam tərzi lüksdür, daşınar və daşınmaz əmlakı yüzminlərlə, milyonlarla ölçülür. Bu zaman onların rəsmi gəlirləri və mövcud əmlakları arasında disbalans yaranır".
İqtisadçı hesab edir ki, məhz buna görə də, uzun illərdir ki, məmurların gəlir bəyannaməsi ilə bağlı qaydalar təsdiqlənmir: "Bu da idarəetmədə korrupsiya hallarının artmasına yol açır".
Nərgiz,
SİTAT.İNFO